Qızın evinə kamera qoyub 6 ay soyunmasını izlədi
11 aprel 2025 11:55 (UTC +04:00)

Qızın evinə kamera qoyub 6 ay soyunmasını izlədi

ABŞ-da kişi rəfiqəsinin evinə gizli kameralar quraşdıraraq 6 ay onun paltar dəyişməsini izləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bir gün Longming Yuen adlı kişi San Fransiskodan dostunu ziyarətə gəlib. O, ailə dostu olsa da, ev sahibəsinin xoş niyyətindən istifadə edərək Orindadakı evinə gizli kameralar yerləşdirib. Kameraların köməyi ilə o, 2024-cü ilin aprelindən sentyabr ayına qədər qadını müşahidə edib.

Ötən ilin payızında zərərçəkən elektrik prizlərindən birində gizli kamera aşkar edib. O, Yuendən izahat tələb edib, bundan sonra o, üzr istəyib və başqa kameraların olmadığını söyləyib.

Bununla belə, artıq noyabr ayında polis adamın evinə gəlib və o, zərərçəkənin vanna otağına, həmçinin yataq otağına daha bir neçə kamera quraşdırdığını etiraf edib. Şübhəlinin əlində qadının 100-ə yaxın foto və videosu olduğu təxmin edilir. 

Kaliforniyalı sonda bu cinayətə görə 14 maddə ilə ittiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146

Oxşar yazılar