Qara dənizdə batan Estoniya gəmisinin heyəti xilas edildi
03 mart 2022 23:56 (UTC +04:00)

Qara dənizdə batan Estoniya gəmisinin heyəti xilas edildi

0

Ukraynanın Qara dəniz sahilindəki Odessa limanında batan Estoniya gəmisinin bütün heyət üzvləri xilas edilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə bu barədə Ukrayna Ali Radasının “Twitter” hesabında paylaşım edilib. Bildirilib ki, Estoniyaya məxsus “HELT” adlı gəminin 6 heyət üzvünün hamısı xilas edilib və onların səhhəti qənaətbəxşdir.

Ukrayna rəsmiləri gəminin artilleriya atəşi ilə batırıldığını bildirib.

Qeyd edək ki, daha əvvəl gəminin 6 heyət üzvündən 4-nün itkin düşdüyü açıqlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1462

Oxşar yazılar