Qadın hamilə həmkarını zəhərlədi - məzuniyyətə çıxmasın deyə
02 aprel 2024 14:21 (UTC +04:00)

Qadın hamilə həmkarını zəhərlədi - məzuniyyətə çıxmasın deyə

Çində qadın hamilə həmkarını analıq məzuniyyətinə buraxmamaq üçün onu zəhərləməyə çalışıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Hubey əyalətindəki hökumətin hidrologiya tədqiqat bürosunun əməkdaşı işdə içdiyi suyun qəribə dadı olduğunu hiss edib. Qadın qaynadılmış şüşə suyu içib, lakin xoşagəlməz dad yoxa çıxmayıb. Nəyinsə səhv olduğundan şübhələnərək, o, masasının üstünə gizli şəkildə kamera sistemi quraşdırıb.

Daha sonra planşet üzərində aparılan səsyazmasında hamilə qadın həmkarlarından birinin stolunun üstündə içkiyə toz tökdüyünü görüb. Zərərçəkmiş hadisə barədə dərhal polisə məlumat verib və lazımi sübutları təqdim edib.

Dindirilmə zamanı təqsirləndirilən şəxs analıq məzuniyyətinə getməmək üçün həmkarını zəhərləmək istədiyini etiraf edib. Qadının sözlərinə görə, o, artan iş yükünün öhdəsindən müstəqil şəkildə gələ bilməyib.

Cinayətkar hələ də ittiham olunmayıb.

# 2271
avatar

Oxşar yazılar