Polislərin məzuniyyəti ləğv edildi -  SƏBƏB
09 aprel 2024 04:08 (UTC +04:00)

Polislərin məzuniyyəti ləğv edildi - SƏBƏB

Fransanın bütün polis və jandarmaları Paris Olimpiadası zamanı xidmətdə olmalı olacaqlar.

Lent.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Cerald Darmanen "Le Parisien" qəzetinə müsahibəsində deyib.

"Məzuniyyətləri tam ləğv etdim. Bütün xidmətlərinə görə polislərə və jandarmalara təşəkkür edirəm", - deyə o bildirib.

Onun sözlərinə görə, oyunların açılış günündə Parisdə nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq.

İlk dəfə Parisin hava məkanı bağlı olacaq.

# 58980
avatar

Oxşar yazılar