Pentaqon: Ukrayna üçün sovet tankları daha məqsədəuyğundur – SƏBƏB 
05 oktyabr 2022 03:54 (UTC +04:00)

Pentaqon: Ukrayna üçün sovet tankları daha məqsədəuyğundur – SƏBƏB 

ABŞ hökuməti indiki şəraitdə Ukraynaya Qərb deyil, sovet tanklarının verilməsini məqsədəuyğun hesab edir.

Lent.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisi Lora Kuper mətbuat konfransında bildirib. 

“Biz tamamilə razıyıq ki, Ukraynanın tanka ehtiyacı var... Sürətli təchizat baxımından ən sadə variant sovet modeli tankların verilməsidir. Bu tankları ukraynalılar artıq istismar edirlər. Ən əsası isə onları təmir etməyi bacarırlar, ehtiyat hissələri mövcuddur. Qərb modeli tanklarla bağlı əsas problem texniki xidmət və təchizatla bağlıdır” – deyə Kuper vurğulayıb.
  

# 1731
avatar

Oxşar yazılar