Rusiyanın Sterlitamak şəhərində 23 yaşlı azərbaycanlı həmyaşıdı olan qızı qətlə yetirib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, kirayə götürdükləri mənzildə yaşayan gənclər arasında mübahisə düşüb. Nəticədə Azərbaycan vətəndaşı qızı ütünün naqili ilə boğub. Daha sonra isə bıçaqla bir neçə zərbə vuraraq öldürüb.
Bundan sonra qurbanını çarpayının altında gizlədərək onun zinət əşyalarını lombard verərək şəhəri tərk edib.
Cinayətin izini azdırmaq üçün Antalyaya bilet alan qatil, sonradan Moskvaya gedib, Bakıya gəlmək istəyib. Amma polis onu saxlaya bilib.