Leysan yağış 1314 nəfərin həyatına son qoydu
05 sentyabr 2022 06:00 (UTC +04:00)

Leysan yağış 1314 nəfərin həyatına son qoydu

0

Pakistanda musson yağışın yaratdığı hadisə nəticəsində ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Ölənlərin sayı 1314 nəfərə çatıb.

İyunun 14-dən bəri davam edən yağış nəticəsində 458-i uşaq və 262-si qadın olmaqla 1314 nəfər ölüb, 12703 nəfər yaralanıb.

Yağışlar nəticəsində 1 milyon 682 min 726 evə ziyan dəyib, onlardan 557 min 891-i tamamilə dağılıb.

Yağışlardan 33 milyon 400 min insan zərər çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1412

Oxşar yazılar