“Moldova bizim ən yaxın qonşumuzdur. Biz onun taleyinə biganə qala bilmərik. Biz həmişə Moldova xalqının yanında olmuşuq. Dnestryanı Moldovanın suveren ərazidir”.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin efirində bildirib.
“Moldova bizə müraciət edərlərsə, həmin ərazini nəzarətə götürə bilərik”, deyə o, əlavə edib.
Xatırladaq ki, daha əvvəl Dnestryanı ərazilərdəki rus qoşunlarının partlayış və mərmilərlə bağlı insidentlərdən sonra döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilmişdi. Kiyev hesab edir ki, Moskva bu cür təxribatlarla həmin regiondan Ukraynaya qarşı müharibədə istifadə etmək istəyir