Keçmiş sevgilisini evliliyə məcbur etmək üçün, övladını oğurladı
22 fevral 2024 15:54 (UTC +04:00)

Keçmiş sevgilisini evliliyə məcbur etmək üçün, övladını oğurladı

Hindistanın Madhya-Pradeş ştatının Bhopal şəhərinin sakini qadından onunla evlənməsini tələb edərək onun övladını oğurlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, yerli sakin 3 yaşlı oğlunun yoxa çıxması barədə polisə məlumat verib. O bildirib ki, uşaq itən gün anası ilə bazara gedib, oğlanı isə yeməkxanada işləyən kiçik qardaşının yanına qoyub. Bu zaman qohum işdən yayınıb, sonra isə qardaşı oğlunun itdiyini görüb. Həmçinin ailənin çoxdan tanışı olan digər işçi iş yerindən yoxa çıxıb və o, adam oğurluğunda şübhəli bilinib.

İtkin düşən oğlanın anası polisə ailəsinin şübhəli şəxslə qonşuluqda yaşadığını, onu uşaqlıqdan tanıdığını, keçmişdə romantik hisslər keçirdiklərini bildirib. Lakin sonradan qız başqa kişiyə ərə gedib və uşaq dünyaya gətirib. Bir müddət əvvəl uşaqlıq sevgilisi gənc ailəni təqib etməyə başlayıb və qadının ərinə birlikdə çəkilmiş köhnə fotoşəkilləri göndərib. Qadının sözlərinə görə, bu, ailədə qalmaqal yaradıb. O, ərindən ayrılaraq uşağı ilə ana və qardaşının yanına qayıdıb.

Polis kamera görüntülərindən istifadə edərək şübhəlinin yolunu izləyib. Bir gün sonra cinayətkarı və uşağı tapıb. Saxlanılan şəxs bildirib ki, bu yolla çoxdankı sevgisini nəhayət onunla razılaşıb evlənməyə məcbur etməyə çalışır. O, həmçinin əlavə edib ki, əgər qadın onunla birgə yaşamaqdan imtina edərsə, uşağı öldürəcəkmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861
avatar

Oxşar yazılar