Keçmiş prezident korrupsiyaya görə həbs olundu
01 iyun 2023 11:19 (UTC +04:00)

Keçmiş prezident korrupsiyaya görə həbs olundu

Braziliyanın keçmiş prezidenti və keçmiş senator Fernando Kolor de Melo korrupsiya və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Globo telekanalı məlumat yayıb.

Məlumata görə, Kolor de Melu Braziliya Federal Ali Məhkəməsi tərəfindən 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə sübuta yetirilib ki, eks-prezident ölkənin ən böyük neft şirkəti Petrobras-ın müəssisələrindən birinin korrupsiya sxemində fəal iştirak edib. Keçmiş prezidentin aldığı rüşvətin ümumi məbləği 4 milyon dollara yaxın olub.

Bundan əvvəl xəbər verilmişdi ki, Braziliya Baş Prokurorluğu Petrobras neft şirkətində korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində parlamentin aşağı palatasının spikeri Eduardo Kunya və keçmiş prezident Fernando Kolora de Melanı ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Oxşar yazılar