Həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürən şəxs saxlanıldı -  FOTO
22 iyul 2024 07:42 (UTC +04:00)

Həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürən şəxs saxlanıldı - FOTO

Keniyada 33 yaşlı kişi 2022-ci ildən bəri həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf edib.

Lent.az xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə zibillikdə aşkarlanan 9 nəfərin cəsədi və bədən hissələri ilə dolu çantalarla bağlı saxlanılan şəxs 42 qadını qətlə yetirdiyini etiraf edib.

BBC-nin məlumatına görə, polis, saxlanılan 33 yaşlı Collins Jomaisi Xaluşanın 2022-ci ildən bəri həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf etdiyini açıqlayıb.

Bildirilir ki, Xaluşanın evində aparılan yoxlamalar zamanı bəzi şəxsi əşyalar, o cümlədən 10 telefon, noutbuk, şəxsiyyət vəsiqəsi və qadın paltarları aşkarlanaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500
avatar

Oxşar yazılar