Gürcüstan hökuməti prezident Salome Zurabişviliyə qarşı hakimiyyət qolları arasında hüquq və səlahiyyətlərin dəqiqləşdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hökumət administrasiyasının rəhbəri Revaz Cavelidzenin bazar ertəsi yayılan şərhində deyilir.
Cavelidzenin qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsinə müraciətə səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrdə səfir təyin etməkdən imtina etməsi olub. Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi və onların vəzifədən azad edilməsi Gürcüstan prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil.
Hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyası ilə prezident arasında mübahisələr Zurabişvilinin mart ayında parlamentə illik müraciətində çıxışı zamanı hökumətin razılığı olmadan bir sıra Avropa ölkələrinə şəxsi səfər etdiyini deməsindən sonra başlayıb. Hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib, daha sonra hökumət əlavə edib ki, prezident bir sıra səfirlərin təyinatına qarşı çıxıb. Diplomatların adları açıqlanmayıb.
Konstitusiyaya görə, Gürcüstan parlamentli respublikadır. Xarici və daxili siyasətin əsas istiqamətlərini parlament müəyyən edir, onların həyata keçirilməsini isə baş nazirin rəhbərlik etdiyi hökumət həyata keçirir. Gürcüstan prezidentinə bir növ hakim rolu verilir.