Gürcülərdən ibarət katalizator oğruları zərərsizləşdirildi
24 noyabr 2021 06:35 (UTC +04:00)

Gürcülərdən ibarət katalizator oğruları zərərsizləşdirildi

0

Fransa polisi Gürcüstan vətəndaşlarından ibarət cinayətkar qruplaşmanı zərərsizləşdirib.

Lent.az-ın     “Le Parisien” saytına istinadla məlumatına görə 2 departamentdə keçirilmiş əməliyyat zamanı 9 nəfər saxlanılıb.

Onlar əsasən kütləvi oğurluqda təqsirləndirilirlər. Polisin məlumatına görə oğruların başlıca hədəfi avtomobil katalizatorları olub. Qruplaşmanın 2 üzvü isə lüks geyim və zərgərlik məmulatlarını oğurlamaqda “ixtisaslaşıb”.

Hakim qarşısına çıxarılan Gürcüstan vətəndaşlarından 4 nəfər deportasiya olunub, 4 nəfər barədə həbs qətimkan tədbiri, 1 qadın barədə isə ev dustaqlığı tədbiri seçilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1486

Oxşar yazılar