Gədəbəydə 45 yaşlı qadın dəm qazından  boğulub öldü
26 aprel 2025 08:21 (UTC +04:00)

Gədəbəydə 45 yaşlı qadın dəm qazından boğulub öldü

Gədəbəy rayonunda qadının dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilir.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü N.M. yaşadığı evin vanna otağında ölü halda tapılıb.

İlkin ehtimallara əsasən, qadının dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar