İrəvanda Təhlükəsizlik Şurası katibinin xidməti avtomobili qəzaya düşüb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, hadisə bu gün saat 8:30-da Komitas-Gülbenkyan yol ayrıcında baş verib. “Toyota Land Cruiser” və “Range Rover” markalı avtomobillər toqquşub, xəsarət alan olmayıb.
Məlumata görə, “Toyota Land Cruiser” hökumətin balansındadır və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana xidmət edir.