Almaniyada ən böyük uşaq pornosu saytlarından biri dağıdılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, alman polisi kibercinayətkarlıqla mübarizədə ən böyük əməliyyatlardan birinə imza atıb. Məlumata görə, 2019-cu ildə yaradılan və "BOYSTOWN" adı verilən saytın 400 mindən çox izləyicisi olub.
Porno saytın paylaşdığı foto və videolarda uşaq zorakılığı, cinsi istismar və s. əməllər də yer alıb.
Saytın yaradıcılarından olan 4 şübhəli tutulub.