Dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu ötdü
03 noyabr 2021 03:15 (UTC +04:00)

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu ötdü

0

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb, yoluxma hallarının sayı isə 247 milyona yaxınlaşıb.

Lent.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Noyabrın 2-nə olan məlumata görə, yoluxma sayı 246 951 274, ölüm sayı isə 5 004 855 nəfər olub. 

Gün ərzində yoluxanların sayı 347 703, ölənlərin sayı 5 981 nəfər qeydə alınıb.

Ən çox yoluxma hadisəsi ABŞ-da olub - 45 678 478 nəfər. Sonrakı yerlərdə Hindistan (34 296 237) və Braziliya (21 810 855) qərarlaşıb. Ən çox ölüm halları da ABŞ-da müşahidə edilib - 740 366. Növbəti yerləri Braziliya (607 824) və Hindistan (458 880) bölüşür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1377

Oxşar yazılar