Epidemiya səbəbiylə təxminən 8 ay əvvəl dayandırılan ümrə ziyarətlərinə icazə verildikdən sonra xaricdən gələn ilk ümrə qrupu 3 günlük karantindən sonra Kəbədə təvaf edib.
Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin “Twitter” hesabında edilən yazılı açıqlamada, xaricdən gələn ümrələrin ehrama girib Kəbədə təvaf etmək üçün karantin mərkəzlərindən çıxdıqları bildirilib.
Səudiyyə Ərəbistanı ümrə ziyarətlərinin COVID-19 səbəbiylə təxminən 8 ay əvvəl dayandırıldığını, ziyarətlərə icazə verildikdən sonra ilk ümrə qrupunun ölkəyə İndoneziya və Pakistandan noyabrın 1-də gəldiyini açıqlayıb.