Ermənistanın Mülki Aviasiya Komitəsi “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri yerinə yetirməyə icazə verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, uçuşlar yanvar ayından başlayacaq.
Şirkət hələ dekabrın 23-də Ermənistanın Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyinə uçuşlarla bağlı müraciət etmişdi. Ölkələr arasında diplomatik münasibətlərin olmaması səbəbi ilə çarter uçuşları qeyri-müntəzəm olacaq.