Bu şirkətdə ixtisarlar olacaq
31 yanvar 2024 06:25 (UTC +04:00)

Bu şirkətdə ixtisarlar olacaq

Elektron ödəniş sistemi "PayPal" yaxın gələcəkdə 2500-ə yaxın tam ştatlı işçilərini ixtisar etməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunub ki, ixtisar işçilərin doqquz faizini əhatə edir.

Söhbət həm qarşıdakı həftədə birbaşa ixtisarla, həm də il ərzində mövcud vakansiyaların ləğv edilməsi ilə şirkətin rasionallaşdırılması qərarından gedir.

"PayPal" səhmləri son bir ildə 20%-dən çox ucuzlaşıb. Şirkətdə 2023-cü ildə baş direktor dəyişikliyi baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4395
avatar

Oxşar yazılar