begomot
05 dekabr 2021 22:20 (UTC +04:00)

begomot

Bu canlılarda da koronavirus aşkar edildi

Belçikanın Antverpen şəhərindəki zooparkda 2 kərkədanda COVİD-19 aşkar edilib.

Lent.az-ın xəbərinə görə, zooparkın veterinarı heyvanlarda ifrat dərəcədə burun axmasından şübhələndiyi üçün onları test edib. 

Testin nəticəsi hər 2 heyvanın yoluxduğunu göstərsə də, onlarda heç bir simptom müşahidə edilmir. Xəstəliyin insandan keçməsi ehtimalına görə bütün zoopark işçiləri yoxlanılıb. əməkdaşların hamısının test nəticələri neqativ olduğu üçün xəstəliyin hansısa ziyarətçidən keçəcəyi versiyası irəli sürülüb. Hazırda hər 2  heyvan təcrid olunub.

Qeyd edək ki, koronavirus indiyədək it, pişik, şir və atlarda qeydə alınıb. Maraqlıdır ki, xəstəlik heyvandan insana və ya heyvandan-heyvana keçmir. COVID-19-a yoluxan heyvanlarda heç bir simptom müşahidə edilmir. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2247
avatar

Oxşar yazılar