Belarusda ölüm cəzası haqqında qanun qüvvəyə mindi
26 mart 2023 03:25 (UTC +04:00)

Belarusda ölüm cəzası haqqında qanun qüvvəyə mindi

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Şurası 2022-ci il oktyabrın sonunda Belarus Milli Assambleyasının Nümayəndələr Palatasına (aşağı palata) cinayət qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda isə ikinci oxunuşda qəbul edilib.

Fevralın sonunda sənədi Respublika Şurası (yuxarı palata), martın 9-da isə prezident Aleksandr Lukaşenko imzalayıb.

Normativ akt martın 14-də Milli Hüquq İnternet Portalında dərc edilib, 10 gün sonra qüvvəyə minib.

Qanunla Belarus Cinayət Məcəlləsinin (CM) 356-cı maddəsinin 2-ci hissəsinə “Dövlətə xəyanət” dəyişiklik edilir. O, dövlət vəzifəsini tutan vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrum etmə və ya ölüm cəzası növündə cəzanın tətbiqi imkanını nəzərdə tutur.
 

# 894
avatar

Oxşar yazılar

Kolumbiyada zəlzələ 

Kolumbiyada zəlzələ 

29 may 2023 , 02:43
S-400 sistemlərinin daha bir dəsti Belarusa gəldi

S-400 sistemlərinin daha bir dəsti Belarusa gəldi

29 may 2023 , 02:14
Satıcının fəndi oğruları peşiman etdi-VİDEO

Satıcının fəndi oğruları peşiman etdi-VİDEO

29 may 2023 , 01:17
Ərdoğan qələbə mahnısını oxudu -VİDEO

Ərdoğan qələbə mahnısını oxudu -VİDEO

29 may 2023 , 00:05
Türkiyədə prezident seçkilərində Ərdoğan irəlidədir -YENİLƏNİB

Türkiyədə prezident seçkilərində Ərdoğan irəlidədir -YENİLƏNİB

28 may 2023 , 22:40
İranda zəlzələ oldu

İranda zəlzələ oldu

28 may 2023 , 20:18
Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

Ərdoğan çağırış etdi

28 may 2023 , 18:41
Türkiyədə prezident seçkilərinin II turu keçirilir-FOTO

Türkiyədə prezident seçkilərinin II turu keçirilir-FOTO

28 may 2023 , 09:07