Bayden Avstraliya baş nazirinə  yatmağa icazə verdi
24 may 2022 07:41 (UTC +04:00)

Bayden Avstraliya baş nazirinə yatmağa icazə verdi

ABŞ prezidenti Co Bayden Avstraliyanın yeni baş naziri Entoni Albanese ilə zarafat edib.

Lent.az xəbər verir ki, Co Bayden bunu Tokioda (ABŞ, Avstraliya, Yaponiya, Hindistan) Dördlü Təhlükəsizlik Dialoq Sammitində çıxış edərkən edib.

ABŞ Prezidenti Co Bayden zarafatla deyib ki, Avstraliyanın yeni baş naziri Entoni Albanese iclasda yuxuya getsə, heç nə olmaz. Yəni onun yuxulaması bağışlanılan olacaq.

Salamlama nitqində “Baş nazir Albanese, sizi ilk dəfə iştirak etdiyiniz bu sammitdə salamlayıram. Siz andiçmədən sonra təyyarəyə minib buraya gəldiniz. Ona görə də burada yuxuya getsəniz, eybi yoxdur” sözlərini deyib.

Bu zarafat bir gün əvvəl Avstraliyanın 31-ci baş naziri kimi and içmiş Albanese tərəfindən yüksək səslə gülüşlə qarşılanıb.

“Düzünü desəm, bunu necə etdiyinizi bilmirəm”,- deyə Bayden sözlərinə əlavə edib.
 

# 1611
avatar

Oxşar yazılar