Baş prokuror onun qarşısında baş əyib üzr istədi
29 noyabr 2024 14:07 (UTC +04:00)

Baş prokuror onun qarşısında baş əyib üzr istədi

Yaponiyada prokuror 56 il əvvəl edam cəzasına məhkum edilmiş günahsız 88 yaşlı kişidən şəxsi üzr istəyib.

Lent.az xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb.

1968-ci ildə keçmiş peşəkar boksçu İvao Hakamata müdirini, həyat yoldaşını və iki uşağını öldürməkdə təqsirli bilinib. Adam daha sonra cinayətini etiraf edib və ölüm cəzasına məhkum edilib.

O, 46 ilini həbsxanada keçirib, hər gün edamını gözləyib və bunun üçün 2011-ci ildə “Ginnesin Rekordlar Kitabı”na düşüb. 2014-cü ildə Hakamata sərbəst buraxılıb. Şizuoka şəhərinin məhkəməsi sübut edib ki, onun DNT-si hadisə yerindən toplanmış cinayətkarın nümunələri ilə uyğun gəlmir.

Lakin sonradan Tokio məhkəməsi bu qərarı ləğv edib. O vaxtdan Xakamada psixi və fiziki vəziyyəti pisləşdiyi üçün bacısının himayəsində yaşayır. Bütün bu illər ərzində o, qardaşına bəraət hökmü istəyib.

Yalnız 2023-cü ilə qədər iş Yaponiyanın Ali Məhkəməsinə qaldırılıb. Bir il sonra Hakamata-nın günahını sübut edən dəlillərin uydurma olduğuna və polisin təzyiqi ilə onun günahı boynuna aldığına qərar verilib.

Noyabrın 27-də isə Yaponiyanın baş prokuroru Hideo Yamada şəxsən 88 yaşlı Hakamatadan üzr istəyib:

“Uzun müddətdir qeyri-müəyyən hüquqi statusda olduğunuz üçün dərin təəssüf hissi keçirirəm. Bəraət hökmünü qəbul edərək, cənab Hakamatanı günahkar hesab etmirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990
avatar

Oxşar yazılar