Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nətəcilənən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet yolu keçən piyadanı vurub. Nəticədə piyada və motosiklet sürücüsü xəsarət alıb. Əraziyə təcili tibbi yardım avtomobili cəlb edilib. İlkin tibbi yardımdan sonra xəsarət alan hər iki şəxs xəstəxanaya aparılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.