Avropada patent üçün müraciətlərin sayı artdı - SƏBƏB
09 aprel 2022 07:07 (UTC +04:00)

Avropada patent üçün müraciətlərin sayı artdı - SƏBƏB

2021-ci ildə Avropada patent üçün müraciətlərin sayında ciddi artım qeydə alınıb. 

Lent.az-ın xəbərinə görə, Avropa Patent Ofisi ötən il rekord sayda - 188 600 müraciəti qeydə alıb. Bu da illik əsasda 4,5% artım deməkdir.

Baş ofisi Münxendə yerləşən qurum bildirir ki, 2020-ci ildə pandemiyaya görə müraciət sayı 0.7% azalmışdı.

Müraciət sayı sahələr üzrə fərqli olsa da, tendensiya dəyişmir.  İddiaçılar ən çox  İKT (15 400) və tibbi texnologiyalar üzrə (15 231) müəlliflik hüququ əldə etmək üçün müraciət edirlər. 

Qeyd olunur ki, patent sayının artımı müəssisələrin elmi tədqiqata ciddi sərmayə qoymasının göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452
avatar

Oxşar yazılar