ABŞ-ın Neşvil şəhərində 26 yaşlı həyat yoldaşı Xuan Xose Vaskesdən boşanan kişi azadlığını qeyd edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, kişi küçədə tapançadan müxtəlif istiqamətlərə atəş açmağa başlayıb.
Polis hadisə yerinə gələndə Kreyq Xose Miller və onun dostunu kəsişmənin küncündə oturmuş vəziyyətdə tapıblar. O, əvvəlcə günahını qəbul etməsə də, boşandıqdan sonra “azadlıq əldə etdiyinin şərəfinə” səkkiz güllə atdığını etiraf edib. Polis onun yerləşdiyi dayanacaqda səkkiz giliz, həmçinin avtomobillərin oğurlanması ilə bağlı oğurlanmış əşyalar aşkarlayıb.
Qeyd olunur ki, həmin şəxs onu həbs edən məmurlara qarşı aqressivlik nümayiş etdirib. O, polislərə hücum edib, patrul avtomobilinin qapılarını təpiklə açıb. Polis əməkdaşlarından birinin qarnından vurub. Polis rəsmiləri qeyd ediblər ki, Miller hətta bütün zabitləri öldürməklə hədələyib.
Hadisəyə görə Miller silahlı hücum, oğurluq, narkotik saxlamaq və polis məmurlarına hücum da daxil olmaqla bir çox ittihamlarla üzləşir. O, nəzarətə götürülüb, polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.