ABŞ Konqresinin binası
26 mart 2021 11:08 (UTC +04:00)

ABŞ Konqresinin binası

ABŞ-ın Nümayəndələr Palatasının qapıları ZİREHLİ OLACAQ

ABŞ Konqresində Nümayəndələr Palatasının konfrans otağının girişinə güllə keçirməyən zirehli qapılar quraşdırılır.

Lent.az xəbər verir ki, bu barədə “Axios” xəbər portalında məlumat yerləşdirilib.

Bildirilib ki, yeni qapıları zirehli gödəkcə və dəbilqənin hazırlanmasında istifadə edilən “kevlar” materialından düzəldilib. 

Konqresmenlər iki həftəlik tətildən qayıdanadək qapılar hazır olacaq. 

Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra – yanvarın 6-da keçmiş prezident Donald Trampın tərəfdarlarının Konqresə girərək şüşələri, qapıları qırdıqları səbəbindən bu addımı atmaq qərarına gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050
avatar

Rəsul SARI

Oxşar yazılar