ABŞ-da ölüm hökmünü ləğv edən ştatların sayı 23-ə çatdı
06 fevral 2021 08:20 (UTC +04:00)

ABŞ-da ölüm hökmünü ləğv edən ştatların sayı 23-ə çatdı

ABŞ-ın Virciniya Baş Məclisi ölüm hökmünün ləğvi üçün qanun layihəsini təsdiq edib.

APA xəbər verir ki, bu barədə ştatın qanunverici orqanının mətbuat xidməti “Twitter” hesabında məlumat yayıb.

Nümayəndələr Palatasında (alt palata) keçirilən səsvermə zamanı deputatlardan 57-si ölüm hökmünün ləğvinə, 41-i isə əleyhinə səs verib. Senatda sözügedən qanun layihəsini bir gün əvvəl qəbul edildiyi bildirilib.

Qeyd edək ki, qanun layihəsi ştatın qubernatoru Ralf Nortam tərəfindən imzalandıqdan sonra, Virciniya ABŞ-ın ölüm hökmünü ləğv edən 23-cü ştatı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar