Dünyada koronavirusdan ölən tibb bacılarının sayı açıqlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Dünya Tibb Bacıları Dərnəyinin açıqlamasında bildirilir. Məlumata görə, pandemiya səbəbilə 600-dən çox tibb bacısı dünyasını dəyişib.
Açıqlamada dünya üzrə virusa yoluxanların 7 faizinin səhiyyə işçiləri olduğu qeyd olunub. 20 milyon üzvü ilə 130-dan çox ölkədə tibb bacıları dərnəklərini birləşdirən Dünya Tibb Bacıları Dərnəyinin sözügedən açıqlamasının üzv qurumların verdiyi rəsmi rəqəmlərə əsaslandığı bildirilir.