ABŞ-da qaradərili Corc Floydun amansız ölümündən sonra tarixi qərar verilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin baş verdiyi Minneapolis şəhər rəhbərliyi saxlanılan və nəzarətə götürülən şəxslərlə bağlı qərar verib.
Səsvermə nəticəsində verilən qərara görə, polislərin saxlanılan şəxsin boynunu diz və ya qol ilə sıxması qadağan edilib.
Qanuna əsasən, həmkarlarının bu qadağaya məhəl qoymadığı görən polislər şəhər rəhbərliyinə məlumat verməyə məcburdurlar.