Kanadanın 153 illik tarixində ilk dəfə bir qadın maliyyə naziri oldu.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Kanadanın baş naziri Jastin Trudeau, Nazirlər Kabinetində baş nazirin müavini vəzifəsini icra edən Kristia Freelandı bir gün əvvəl vəzifəsindən istefa verən maliyyə naziri Bill Morneonun yerinə maliyyə naziri təyin edib.
Əvvəllər xarici işlər naziri vəzifəsini icra edən Krystia Freeland, ölkə tarixində maliyyə nazirliyinə təyin edilmiş ilk qadın olub. Freeland eyni zamanda baş nazirin müavini vəzifəsini davam etdirəcək.
Kabinetdəki dəyişiklik Kanadanın general-qubernatoru Julie Payette tərəfindən təsdiqlənib, baş nazir Trudeau isə jurnalistlərə federal parlamentin sentyabrın 23-dək dayandırıldığını bildirib.