40 qadını aldadan kişi 2 milyon pul yığdı - Ağlasığmaz DƏLƏDUZLUQ
21 fevral 2024 14:36 (UTC +04:00)

40 qadını aldadan kişi 2 milyon pul yığdı - Ağlasığmaz DƏLƏDUZLUQ

Çində kasıb kəndli kişi özünü bahalı kirayə maşınlardan istifadə edən iş adamı kimi təqdim edərək 40 qadını aldadıb. O, bu yolla iki milyon yuandan çox (təxminən 280 min dollar) gəlir əldə edib və 13 il həbs cəzasına məhkum edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Qu adlı şəxsin dələduzluğu Siçuan əyalətində başqa kişinin arvadı ilə münasibətdə olduğu üçün döyülməsi ilə üzə çıxıb. Polisin araşdırmaları zamanı məlum olub ki, Qu bir neçə aldadılmış qadından külli miqdarda pul alıb.

O, münasibətləri ustalıqla aparıb, qadınları uydurma uğurlarına və eyni zamanda pula ehtiyacına inandırıb. Siçuan polisi Qunun qurbanları arasında ən azı 40 qadın olduğunu müəyyən edib. 33 yaşlı Qu lüks avtomobil icarəsi və saxta mülk sənədlərindən istifadə edərək uğurlu iş adamı obrazını yaradıb.

O, yalanlarını tanışlıq saytları vasitəsilə təbliğ edərək, qadınlara daşınmaz əmlak və avtomobil alacağını vəd edib. Hətta ciddilik əlaməti olaraq valideynləri ilə görüşməyi də zərərçəkənlərə təklif edib. Jiangsuda bəzi qadınlar tərəfindən şübhələnildikdən sonra Qu Sıçuana köçüb və burada özünü böyük bir tikinti işçisi kimi təqdim edərək fırıldaqçılığını davam etdirib.

Nəticədə, yanvar ayında Sıçuan məhkəməsi onu fırıldaqçılıq ittihamı ilə 13 il həbs və 200 min yuan cərimə cəzasına məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7692
avatar

Oxşar yazılar