1100 km qət edib  keçmiş arvadının sevgilisinin evini yandırdı
20 fevral 2025 15:45 (UTC +04:00)

1100 km qət edib keçmiş arvadının sevgilisinin evini yandırdı

ABŞ-da kişi keçmiş arvadının sevgilisinin evini yandırmaq üçün 1100 km yol qət edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Miçiqan ştatının Rokford şəhərindən olan Harrison Cons Pensilvaniyada evi yandırmaqda ittiham edilərək həbs edilib. Polisin məlumatına görə, ev onun keçmiş arvadının yeni sevgilisinə məxsus olub.

"O, bu cinayəti törətmək üçün 11 saat ərzində 1100 km-dən çox yol qət edib və sonra birbaşa evə qayıdıb", - deyə polis bildirib.

Yanğın zamanı evdə 6 nəfər olub. İtlərin hürməsi ilə yuxudan oyanan ailə üzvləri yanğının fərqinə varıb və hamısı xilas ola bilib. Bəziləri hətta ikinci mərtəbənin pəncərələrindən özlərini atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar