İran Əsədi atacaqmı? - ŞƏRH
0
0
Hələ İraqa qarşı hərbi əməliyyatlar başlanğıcında İran hakimiyyəti koalisiya qüvvələrinə yardım etməyə hazır olduğunu bildirmişdi. Ancaq əks tərəf onun yardımından imtina etdikdən sonra Tehranın təbliğat maşını Səddam Hüseyni dəstəkləməyə başladı. Vəziyyət o yerə çatmışdı ki, İran əvvəllər düşmən olduğu Səddam Hüseyni az qala müsəlman dünyasının lideri kimi təqdim etməyə cəhd göstərirdi.
Başqa sözlə, bir müddət öncə onun başını ABŞ başda olmaqla müttəfiqlərə təhvil verməyə hazır idi, amma rədd cavabından fərqli mövqe tutdu.
Odur ki, İran hakimiyyətinin «ipi»ni etibarlı sayanların axırda məyus olacağını gözləməyə dəyər.
İran üzrə israilli ekspert Mehir Cavandafər İngiltərədə çıxan «Qardian» qəzetində çap etdirdiyi məqalədə İranın Suriyaya münasibətində dəyişikliklərin əlamətlərini təhlil edib.
Suriyadakı üsyan başlayanda İran KİV-i ya tam sükuta üstünlük verdi, ya da olayları «quldurların və sionist rejimin törətdiyini» yazaraq, rəsmi Dəməşqi tam dəstəklədi.
M.Canvandafərin yazdığına görə, son zamanlar şərait dəyişilib: «Hakimiyyətin rəsmi təbliğat maşını «PressTV» ilk dəfə Suriya ordusunun nümayişçilərə atəş açmasına dair xəbərlər yaydı. Bundan başqa, həmin televiziyada ordunun dinc vətəndaşlara hücum etməsi ilə bağlı hüquq müdafiəçilərinin bəyanatı oxundu».
Müəllif yazıb ki, Tehranda çıxan fars dilli mətbuatda Suriya prezidenti Bəşşar Əsədi açıq-aşkar tənqid edən yazılar çap olunur. O, İranın ali rəhbəri ayətulla Xamneyiyə yaxınlığı ilə seçilən «Cümhuriye-İslami» qəzetində çap olunan məqaləni buna örnək göstərir: «Əsədin qurtuluşuna tüfəng deyil, islahat» başlıqlı yazıda başlıca məsələ budur: Əsəd və onun müşavirləri əhaliyə qarşı silahlı münaqişəni davam etdirə biləcəkmi?»
İranın Livandakı keçmiş səfiri Məsud Mədrəsinin yazdığı məqalədə isə bildirilir ki, «Hizbullah» lideri Həsən Nəsrullanın da Dəmşəqə münasibətində dəyişiklik hiss olunur. Nəsrulla, ayətullah Xamneyinin məsləhətinə dəstək verərək, Bəşər Əsəddən əhalinin istəklərinə qarşılıq verməyə çağırıb.
Cavandafər daha sonra yazıb:«Hər iki rejimin biri-birinə yaxınlığına baxmayaraq, Əsəd xəyala (illüziyaya) qapılmamalıdır ki, Xamneyi ondan ötrü siyasi intihar edəcək, onunla birlikdə gəminin dibinə gedəcək.
Xamneyi ekstremistdir. Ancaq onun bu keyfiyyəti islam Respublikasının yüksək eşalonunu qorumaq üçündür. Bundan ötrü o, hər şeyi, hətta Bəşər əl-Əsədi belə qurban verər.
İran günü-gündən təcrid olunur. Suriya İrana yalnız “Hizbullah”a və Fələstindəki terrorçu qruplara silah ötürmək üçün lazım deyil. İslam Respublikasının Suriyada böyük iqtisadi marağı da var. Bu üzdən də günlərin bir günü Bəşər Əsəd Tehranın Suriyadakı rejimə müxalif olanlarla təmas qurması xəbərini eşitsə, bundan qəti təəccüblənməməlidir».
Ona görə də ehtimal etmək olar ki, Tehran hakimiyyəti Suriyadakı rejimi uzun müddət yalnız din və məzhəb təəssübkeşliyindən çıxış edərək, dəstəkləməyəcək. Çünki İran İslam Respublikasını idarə edənlər də «siyasətdə əbədi dost olmur» tezisini əsas götürürlər.
Sədrəddin Soltan