İran iqtisadiyyatı xarici sərmayəyə susayıb
Ancaq baş verənlər hakimiyyət təmsilçilərinin cəmiyyəti doğru məlumatlandırmadıqlarını bir daha sübut edir. İranın planlaşdırma nazirinin müavini Möhsün Xocastən-Mehr “İRNA”agentliyinə müsahibəsində deyib ki, neft sahəsinə iri həcmli sərmayələr qoyulmayacağı təqdirdə 2015-ci ildə “qara qızıl” hasilatı kəskin şəkildə azala bilər.
Onun sözlərinə görə, indi gündə 3,7 milyon barel neft hasil olunur və bu hasilat 2,7 milyon barelə düşəcək: “Əgər enerji qurumlarına sərmayə qoyularsa, onda gündəlik hasilat 4,7 milyon barelə qalxar. Eyni zamanda gündəlik təbii qaz hasilatı da 600 min kub metrdən 14 milyard 600 milyon kub metrədək artar”.
Ölkənin sərmayə planına uyğun olaraq, “mavi qaz” hasilatına 70 milyard dollar, neftə 34 milyard, bu sahələrin modernləşdirilməsi və emal sənayesinin genişləndirilib, inkişaf etdirilməsi üçün 32 milyard dollar yatırım lazımdır.
Nazir müavini deyib ki, bu vəsaitin əsası 60 milyard dolları xarici sərmayəçiləri, 50 milyardı İranın Neft Nazirliyinin, 40 milyarda yaxını isə ölkə banklarının payına düşür.
Ancaq indiki şəraitdə İran iqtisadiyyatına xarici şirkətlər yatırım qoyulmasının çox riskli olduğunu başa düşür. Odur ki, İran iqtisadiyyatı bu sərmayə olmadan çətin inkişaf edib, düşdüyü ağır durumdan qurtulsun.
“İRİB nyus”un məlumatına əsasən, İranın iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin sözlərinə görə, ölkə iqtisadiyyatında 8 faizlik artımı əldə etmək üçün hər il 240 milyard dollarlıq sərmayəyə (240 trilyon tümən) ehtiyac var.
Nazir bildirib ki, ötən il İran iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub. Onun sözlərinə görə, ölkənin inkişafı 5-ci beşillik proqramında iqtisadiyyatın 8 faiz həcmində yüksəlməsinə, işsizliyin və inflyasiyanın 7 faizə endirilməsinə nail olmaq nəzərdə tutulub.
Nazirin dediklərindən belə başa düşülür ki, subsidiyalıran ləğvi ölkə iqtisadiyyatının inkişafına elə ciddi təsir etməyib. Hakimiyyət bu yolla qısa müddətli uğura nail olub. Çünki dövlət rəsmiləri çıxışlarında subsidiyalırın ləğvinin iqtisadiyyatın inkişafına güclü təkan verəcəyini bəyan edirdilər.
İran İnqilab Keşikçiləri Qvardiyası təmsilçiləri isə neft sahəsinə xarici sərmayə olmadan belə inkişaf etdirməyə qadir olduqlarını bəyan edirdilər. Belə hesab etmək olar ki, onlar bunu çeşidli mallardan, eləcə də qeydiyyata alınmayan xam neft və neft məhsullarından qaçaqmal yolu ilə əldə etdikləri pullarla gerçəkləşdirmək istəyirdilər.
Parlamentin sabiq sədri, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubi həbs olunmazdan bir neçə ay öncə ona yaxın veb-sayta demişdi: “İran İslam İnqilab Keşikçiləri Qvardiyası sanksiyalardan astronomik rəqəmlərlə gəlir əldə edir və ona görə də bütün varlığı ilə bu qadağaları dəstəkləyir. Onlar yalnız ölkəyə qanuni yolla gətirilməsi yasaqlanmış malların qaçaqmalçılığı ilə deyil, beynəlxalq şirkətlər tərəfindən energetika sahəsində imtina edilmiş layihələri ələ keçirirlər”.
Xatırladaq ki, İslam Respublikası daxili işlər nazirinin qaçaqmalçılığa qarşı mübarizə baş idarəsinin rəisi, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi bildirmişdi ki, ötən il qanunsuz yolla daxil olan və ölkədən çıxan malların ticarət dövriyyəsi 19 milyard dollardan artıq olub.
Onun sözlərinə görə, bu müddət ərzində İrana 16 milyard dollarlıq qaçaqmal gətirilib, 3 milyard dollarlıq isə çıxarılıb: “Bu malların yalnız 3 faizi müəyyənləşdirilərək, müsadirə olunub”. Tehranın keçmiş prokurorunun dediyinə əsasən, bu qaçaqmalçılıq “güclü, qanunsuz birliklər tərəfindən himayə və idarə olunur, biz hələ onların arxasında duran qüvvələri müəyyənləşdirə bilməmişik”.
Göründüyü kimi qvardiya da ölkənin batmaqda olan iqtisadiyyatını qurtarmağa qadir deyil.
“İSNA”ın “Ekonomist” qəzetinə istinadən yaydığı məlumata görə, yaxın illərdə İranın valyuta ehtiyatı qalxsa da, sonrakı dövrlərdə bunun azalacağı gözlənilir. 2011-ci ilin aprelində açıqlanan hesabata əsasən, qızıl istisna olmaqla bu il valyuta ehtiyatının 4,8 milyard dollar artacağı proqnozlaşdırılır.
Qızıl istisna olmaqla ötən il valyuta ehtiyatı 74 milyard 809 milyon dollar təşkil edib, cari ilə bu rəqəmin 79 milyard 109 milyon dollara yüksələcəyi gözlənilir. 2012-ci ildən etibarən bu yüksəlişin 1,5 milyard dollar qədər düşəcəyi proqnozlaşdırılır. 2015-ci ilədək hər il bir milyard dollaracan ehtiyatın azalacağı gözlənilir. 2015-ci ildə isə 75 milyard 909 milyon dollar olacağı proqnozlaşdırılır. Ancaq artan tələblər, sanksiyalar, bahalıq qarşısında bu ehtiyatın nə vəziyyət düşəcəyini indidən proqnozlaşdırmaq mümkündür. O biri yandan isə ərəb dövlətlərində baş verənlər sübut etdi ki, hakimiyyətin başında duranların milyardları belə onları rejimini qoruya bilmir.
Nəhayət, İran iqtisadiyyatını əsas göstəricisi kimi inflyasiyanın durumuna nəzər salaq.
“PressTV”nin məlumatına əsasən, mayın 22-dək olan müddət ərzində illik inflyasiya 14,2 faiz təşkil edib. Heç şübhəsiz yuxarıda sadalanan faktlar qarşısında bu rəqəm çox az görünür. Çünki hakimiyyət başqa sahələrdə olduğu kimi bu məsələdə də gerçəkliyi ölkə vətəndaşlarından gizlədir. Qeyri-rəsmi məlumatlara əsasən, bu rəqəm rəsm göstəricidən az iki dəfə artıqdır.
Beləliklə, mövcud şərtlər və tələblər daxilində ölkənin iqtisadi vəziyyətini Tehran hakimiyyətinin düzəldəcəyi ehtimalı çox azdır…
Sədrəddin Soltan

743