Ecevitin həyat yoldaşı yeni partiya qurur
19 sentyabr 2009 11:30 (UTC +04:00)

Ecevitin həyat yoldaşı yeni partiya qurur

Türkiyənin sabiq baş naziri Bülənd Ecevitin həyat yoldaşı Rahşan Ecevit yeni partiya qurur.

Lent.a-ın verdiyi məlumata görə, bu barədə Rahşan Ecevit “Vətən” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, həyat yoldaşı Bülənd Ecevitin qurucusu olduğu, yolunu müəyyənləşdirdiyi DSP indi fərqli yoldadır və yeni partiya yaratmaqdan başqa seçim qalmayıb: “DSP Ecevitin yolundan uzaqlaşdırıldı, yanlış istiqamətə yönəldildi. Ecevitin yolunu davam etdirəcək yeni bir partiya quracağıq. Bayramdan sonra fəaliyyətimizi daha da intensivləşdirəcəyik”.

Rahşan Ecevit və sabiq DSP üzvləri bu məqsədlə Ankarada ofis də kirayələyiblər. O, mərkəz sağ və sol partiyalardan bir sıra tanınmış şəxslərin onlarla birgə olacağını söyləyib, ancaq adlar açıqlamayıb. Rahşan Ecevit yeni yaranan partiyanın avtomatik parlamentdə də təmsil olunacağını bildirib: “DSP-də sədr seçkilərindən sonra istefa verən və hazırda müstəqil millət vəkilləri olan Emrehan Halıcı və Recai Birgün bizimlə birgə olacaq. Parlamentdə Ecevitin fikirləri davam etdiriləcək”.

Ankaradakı ofisi DSP-nin qurultayında sədrliyə namizədliyini irəli sürən, ancaq seçilə bilməyən professor Alemldar Yalçın və onun dostları tərəfindən kirayələndiyi də məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960

Oxşar yazılar