Türkiyə Bosfor və Dardanel boğazlarını bağlayır
Dardanel və Bosfor boğazlarından keçən neft tankerlərinin sayının artması tendensiyasının qarşısını almaq üçün radikal addım atmağa hazırlaşır.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib ki, boğazlardan keçən tankerlərlə bağlı narazılıqları son həddədir.
Keçən il boğazlardan tankerlərlə 150 milyon ton neft daşınıb. Yəni gündə orta hesabla boğazlardan 18 nəhəng tanker keçir. Bu da qəza riskinin artması və ciddi ekoloji təhdid deməkdir. Türkiyə hökuməti boğazlardan keçən tankerlərin sayının artmasının qarşısını almaq üçün Mudros sülh anlaşmasında ona verilən “Qızıl Frank” haqqından istifadə etmək istəyir.
“Qızıl Frank” Türkiyənin boğazlardan keçən gəmilərdən daha çox haqq alması hüququnu nəzərdə tutur. Taner Yıldız deyib ki, artıq “Qızıl Frank” məsələsinin gündəmə gəlməsi də Türkiyə hökumətinin boğazlardan keçən tankerlərin sayını azaltmaq üçün başqa yolunun olmadığından xəbər verir.
Türkiyənin enerji və təbii qaynaqlar naziri boğazlardan keçən tankerlərin sayının azaldılması, neft daşınması üçün kəmərlər tikilməsinə üstünlük verilməsi üçün neft şirkətləri ilə danışıqlar da aparıb. Ancaq gözlənilən nəticə əldə olunmayıb. Buna görə də artıq Ankara “Qızıl Frank” hüququnun tətbiqi üçün hərəkətə keçib.
Qeyd edək ki, boğazlardan keçməklə neft daşıyan əsas ölkə Rusiyadır. Neft kəmərlərindən də istifadə edən Rusiya həm öz neftinin, həm də Orta Asiya ölkələrinin neftinin mühüm hissəsini tankerlərlə dünya bazarına çıxarır. Şərqi Avropa ölkələri də Yaxın Şərq və digər neft ölkələrindən aldıqları neft məhsullarını əsasən məhz boğazlardan keçməklə daşıyırlar. Türkiyənin “Qızıl Frank” tətbiq etməsi isə Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin əhəmiyyətini artıracaq. Çünki BTC birbaşa Aralıq dənizinə çıxışa imkan verən bu kəmər Azərbaycanla bərabər, Qazaxıstan və digər Orta Asiya ölkələrinin də neft resurslarının daşınması üçün ən əlverişli kəmərdir.

915