Quşların faciəli ölümü... –
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dekabrın 14-də 40 min 1 günlük cücələr də fabrikin işçiləri tərəfindən göz yaşları altında məhv edilib.
Bu, Kursk vilayətinin qubernatorunun müavini, vilayət hökumətinin rəhbəri A.S. Zubarevin tapşırığından qaynaqlanıb. O, vergi xidmətinə tapşırıb ki, “Qırmızı tala” fabrikinin səhmdarlarına müəssisənin iflas olması barədə Kurs Vilayət Arbitraj Məhkəməsinə müraciət etməyi təklif etsin. Dəyəri 4 milyard rubl olan fabrikin iflasa uğramasının elan edilməsinə səbəb kimi isə 3 milyon rubl vergi borcu əsas götürülüb.
Fabrikin direktoru Vladimir Butkeyev keçirdiyi mətbuat konfransında bildirib ki, bu məbləği heç vaxt ödəməkdən imtina etməyiblər: “Bizim gündəlik dövriyyəmiz 3-5 milyon rubldur. Biz vergi borcunu bu gün də ödəməyə hazırıq. Ancaq bunu etmək mümkün deyil, çünki iflas prosesi artıq başlayıb. Nəyə görə isə istehsalın tam dayandırılmasında israr edirlər. 3,5 milyon quş məhv edilib, 1700 işçi yeni il qabağı əmək haqqı və yaşayış vəsaitlərindən məhrum olacaq. Eyni zamanda bizimlə əlaqəli işləyən 10 min nəfər də işsiz qalacaq. Vilayət hökumətinin hər hansı köməyindən söhbət getmir! Deyirlər ki, hər şeyi məhv edin! İnsanların taleyi barədə isə düşünən yoxdur. Bizim müəssisə rayon büdcəsinin əsas ödəyicilərindən olub. Bəzən rayon büdcəsinin 80 faizi məhz bizim fabrikin vergisi hesabına dolub. Jeleznoqorsk rayon sakinləri ölməlidirlər?”.
Vladimir Butkeyev bildirib ki, bu quş fabrikinin problemləri 2010-cu ilin iyulundan başlayıb. Qəfil vergi xidməti müəssisənin 3 milyon rubl borca görə iflas elan olunması barədə şikayət edib. Kursk Vilayət Arbitraj Məhkəməsi də bunu dəstəkləyib. İki ay sonra isə iflas prosesi başlayıb. Baxmayaraq ki, qanunvericiliyə görə kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrdə bu proses 9 aydan tez başlaya bilməz. Kursk vilayət administrasiyasının göstərişinə əsasən, məhkəmə icraçıları fabrikdə təcili istehsalın dayandırılmasını tələb ediblər. 2010-cu ilin sentyabr-noyabr ayında isə prokurorluq, məhkəmə icraçıları, əmək müfəttişləri fabrikə axışıb, insanları qorxudub, onları sorğu-suala çəkməyə başlayıblar. Daha sonra noyabrın 12-də fabrikə verilən elektrik enerjisi 9 milyon manat rubla görə kəsilib.
Direktor qeyd edib ki, həmin gün 2 milyon rubl ödəyəcəklərini bildirsələr də, energetiklər 9 milyon rublun dərhal ödənilməsini tələb ediblər: “Real ekoloji fəlakətlə qarşı qarşıya idik. Çünki 3 saatdan sonra milyona yaxın quş öləcəkdi. Cəsəd zəhəri səbəbindən fabrikə ərazisi 4 il sanitar zona elan ediləcəkdi. Mən işçiləri topladım və vilayət administrasiyasına getdik. Bizi qəbul etmədilər. Ancaq enerjinin verilməsi bərpa olundu. Ancaq məni icazəsiz aksiyaya görə cərimələdilər”.
Vladimir Butkeyev məsələnin bununla da yekunlaşmadığını, noyabrın 30-da fabrikə xüsusi təyinatlı milislərin hücum çəkdiyini söyləyib: “Müəssisədə hansısa başqa müəssisənin sənədlərini axtarırdılar. Heç nə tapmadılar və getdilər. Ancaq bu olaydan sonra işçilərin çoxu qorxusundan işdən çıxmaqla bağlı ərizə yazdı. Dekabrda biz “Rosselxozbank”a kredit üçün müraciət etdik. Bizə yanvarın ortalarına qədər quşları yemləmək üçün təcili yem almaq lazım idi. Bank kredit verməyə razılaşdı. Ancaq məhkəmə icraçıları bundan xəbər tutdular və fabrikin mülkiyyəti sənədlərinin banka girov kimi verilməsinin qarşısını aldılar. Bunsuz isə bank bizə kredit verə bilməzdi. Quşları yemləmək üçün heç nə qalmayıb. Onların ac qalaraq əziyyətlə ölməmələri üçün biz radikal addıma üstünlük verdik. Onları razılaşdırılmış şəkildə məhv etməyə başladıq. Böyük quşları quyuya atır və traktorla basdırırıq. Kiçik quşları isə donaraq ölmələri üçün çəlləklərə tökür və bu prosesi tezləşdirmək üçün çəlləyə su tökürük...”.
Qeyd edək ki, bu quşları rayon sakinlərinə pulsuz paylamaq da qanunla qadağandır... Quşlar ancaq vergilər ödənildikdən sonra paylana bilər. Əks halda bu, oğurluq sayılacaq. Çünki dövlət vergi kimi ona çatmalı olan vəsaiti ala bilməyəcək...

693