İran AES-ndə sızma baş verib
Ötən həftə İran hakimiyyəti çağdaş informasiya texnologiyasının ciddi problemi - kompüterlərin virusa yoluxması problemi ilə üzləşdi. Dünyanın çeşidli mütəxəssisləri İslam Respublikasının bu sayaq “xəstəliyə qarşı” uyğun proqramlarının olmadığını əsas göstərərək, bunun öhdəsindən Tehranın gələ bilməyəcəyini bildirirlər.
Hadisə baş verən kimi İranın xüsusi xidmət orqanları İsrail “Mossad”ını suçladı. Lent.az-ın “MIGnews”ə istinadən məlumatına görə, bu dəfə Buşhər AES-dəki kompüterlərin yoluxmasında yəhudilərin üzərindən şübhə götürülüb. Stansiyada çalışan rusiyalı mütəxəssislərdən şübhələnməyin, eləcə də amerikalı hakerlərin ünvanına deyinməyin əbəs olduğu meydana çıxıb.
Onu da qeyd etmək yerinə düşər ki, Tehran hakimiyyəti bu məsələyə daha operativ cavab verdiklərini sübut etməyə çalışır. Bununla hakimiyyət ölkə və beynəlxalq ictimaiyyətə özünün “işgüzarlıq” və sayıqlığını yüksək səviyyədə olduğunu göstərmək istəyir. Hətta İran milli təhlükəsizlik və informasiya naziri Heydər Möhsüli məsələdə şübhəli bilinən bir neçə “casus”u yaxaladıqlarını bildirmişdi. Baş “ETTELAAT”çının sözlərinə əsasən, “casuslar” kiberfəzadan yararlanaraq, İranın nüvə proqramına zərbə vurmağa səy göstəriblər.
Almaniyanın nəhəng “Siemens Systems” şirkətinin mühəndisi bəyan edib ki, kompüter “qurdunun”, özəlliklə İranın nüvə reaktorundakı kompüterlərə virusun yerləşdirilməsinin arxasında onun əməkdaşları durur. Bununla yanaşı şirkət baş verən olayın “qəsdən” olmadığını vurğulayıb.
Almaniyada çıxan “Sueddeutsche Zeitung” qəzetinin yazdığına əsasən, son ay ərzində “Siemens” texnologiyasından istifadə edən azı 15 şirkətdə, o cümlədən elektrostansiya, kimyəvi zavod və başqa sənaye müəssisəsi kompüterlərində Buşhər AES-dəki virusdan aşkarlandığını bildirilib.
“Siemens” mütəxəssislərinin sözlərinə görə, virus o dərəcədə də təhlükəli deyil. Onlar virusu təcrid edərək, araşdırma aparacaqlarını da bəyan ediblər. “Hələlik bu istiqamətdə araşdırma nəticə verməyib. Virusun yaradıcıları və məqsəd də hələ bəlli deyil” - deyə, şirkətin təmsilçiləri söyləyib.
Mütəxəssislər hesab edirlər ki, “Stuxnet” virusu “ilk kibernetik super-silahdır”. Çünki o, kompüterlərə sirayət edərək, sənaye mərkəzlərindəki maşınları, həyatı vacib sistemləri darmadağın etmək qabiliyyətinə malikdir.
Yeri gəlmişkən oktyabrın 4-də İranın atom enerji agentliyinin sədri Əliəkbər Salehi “İRNA”ya müsahibəsində deyib ki, Buşhər AES-in nüvə yanacağı ilə doldurulması cari il oktyabrın ortalarında başa çatacaq.
“Prosesin bir ay uzadılmasında məqsəd nədir” - sualına cavabında agentliyin sədri deyib: “İş zamanı sızma müşahidə olunub. Çatışmazlığı aradan qaldırdıq. Buna görə də uranın yüklənməsi bir neçə gün təxirə salındı”.
Sədrəddin Soltan

654