Erməni Ordusunda ölüm və zorlama tüğyan edir - ARAŞDIRMA
Ölkənin Silahlı Qüvvələri acınacaqlı vəziyyətə düşüb
Cənubi Qafqazda ciddi iqtisadi böhran yaşayan Ermənistan ordusunda acınacaqlı vəziyyət hökm sürməkdədir. APA-nın əldə etdiyi məlumatlara görə, orduda hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşib. Ermənistan Silahlı Qüvvələrində baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı 2007-ci ildə 1643, 2008-ci ildə 1984 olubsa, 2009-cu ildə bu rəqəm artaraq 2240-a çatıb.
Ümumilikdə baş vermiş 2240 hadisədən 370-i qəza, 652-si hərbi qulluqçular arasında nizamnamə qaydalarının pozulması, 1218 hadisə isə cinayət tərkibli olub. Törədilən 1218 cinayət hadisəsindən 580-ni yüngül, 432-si ağır, 206 hadisə isə xüsusi ağır cinayət tərkiblidir.
Ermənistan Silahlı Qüvvələrində baş vermiş qəza halların sayı 2008-ci illə müqayisədə azalsa da, cinayət hadisələrin sayı 83-ə çatıb.
2009-cu il ərzində Ermənistan Silahlı Qüvvələrində törədilən 206 ağır cinayətdən 91-i (ölüb və ya yaralanma) 2008-ci illə müqayisədə 18 cinayət hadisəsi çox olub.
Ermənistan Silahlı Qüvvələri üçün 2009-cu il çoxsaylı itkilərlə yadda qalıb. İl ərzində Ermənistan Silahlı Qüvvələrində 78 hərbi qulluqçu həlak olub. Həlak onlardan 21-i döyüş itkisi (atəş, minaya düşmə, xüsusi əməliyyatlar zamanı), qalan 57 nəfər isə müxtəlif hadisələr nəticəsində dünyasını dəyişib. Atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 78 hərbi qulluqçusu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq yaralanıb.
Beləliklə, 2008-ci il ərzində baş vermiş hadisələrlə müqayisədə Ermənistan Silahlı Qüvvələrində 2009-cu il ərzində atəş nəticəsində həlak olanlarının sayının azalmasına baxmayaraq, yaralanmış hərbi qulluqçuların sayı təqribən 24 nəfər artıb.
2009-cu il ərzində Ermənistan ordusunda ümumilikdə 57 nəfər qeyri-döyüş itkisi qeydə alınıb. Orduda baş vermiş ölüm hadisələrində 6 nəfər xəstəlik, 4 nəfər elektrik cərəyanı vurması, 10 nəfər avtomobil qəzası, 6 nəfər tikinti zamanı qəza, qalan 31 nəfər isə intihar, döyülmə, müxtəlif qəza və nizamnamədən kənar davranışlar nəticəsində həlak olub. Analoji dövrlə müqayisədə 2009-cu ildə qeyri-döyüş itkilərin sayı 12 nəfər artıb.
2009-cu ildə Silahlı Qüvvələrdə intihar və intihara cəhd etmə hallarının sayında da artım müşahidə olunub. Belə ki, 2008-ci il ərzində Ermənistan Silahlı Qüvvələrində intihar və intihara cəhd etmə hadisələri ilə bağlı 46 fakt qeydə alınıbsa, 2009-cu ildə bu rəqəm 25 hadisə artaraq 71-ə çatıb. İntihar nəticəsində 13 nəfər hərbi qulluqçu dünyasını dəyişib, analoji dövrlə müqayisə nəticəsində 2 ölüm faktı az olub. Lakin 2008-ci ildə baş vermiş hadisələrlə müqayisədə intihara cəhd etmə halları 25 hadisəyə qədər artıb. Aparılan araşdırmalar nəticəsində müddətli həqiqi xidmət hərbi qulluqçularının intihara cəhd etməsinin ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlərin (çavuş heyəti) idarə etməsi, nizamnamədən kənar və nalayiq davranışları və orduda “Dedovşina” hallarının davam etməsi səbəbindən baş verməsi müəyyən olunub. Araşdırma nəticəsində Ermənistan SQ-də intihar və intihara cəhd etmə hallarının əsasən zabit-gizirlər tərəfindən şəxsiyyətin alçaldılması, təhqir etmə və söyülməsi, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüzün edilməsi, kiçik komandır heyəti (çavuşlar) tərəfindən əsgərlərin zorlanması, kiçik komandir heyəti (çavuşlar) tərəfindən əsgərlərin döyülməsi, əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması, Ermənistan ordusundakı mövcud ağır hərbi xidmət və məişət şəraitsizliyi, psixoloji problemlər, ailə münaqişəsi zəminində və digər şəxsi məsələlərlə əlaqədar baş verdiyi məlum olub.
Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də Ermənistan ordusunda silahla davranış qaydalarının pozulması nəticəsində orduda xeyli sayda ölüm və yaralanma faktı qeydə alınıb. Belə ki, 2009-cu il ərzində 193 belə hadisə baş verib. 2008-ci ildə isə bu rəqəm 46 olub. Qeyd olunan hadisələr zamanı 11 hərbi qulluqçu həlak olub, qalan 182 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Analoji dövrlə müqayisədə 2009-cu il ərzində silahla davranış qaydalarının pozulması nəticəsində ölənlərin sayının 3 nəfər azalmasına baxmayaraq, yaralananların sayı 49 hadisə çoxalıb.
2009-cu il ərzində Ermənistan hərbi birləşmələrindən 57 hərbi qulluqçu fərarilik edib ki, bu da 2008-ci illə müqayisədə 14 fərarilik hadisəsi artıqdır. Bunlardan 33 nəfər müddətli həqiqi hərbi xidmət, 12 nəfər müqavilə əsasında xidmətdə olan hərbi qulluqçu, 7 nəfər gizir, 5 nəfər isə zabitdir. Hərbi hissəni tərk edən hərbi qulluqçulardan 12 nəfər öz ştat silahını özü ilə aparıb. Axtarışda olan digər fərarilər qeyri-qanuni yolla Gürcüstan, Rusiya və Türkiyə ərazilərinə qaçıb.
Ermənistan Silahlı Qüvvələrində komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları hələ də davam etməkdədir. Belə ki, 2009-cu il ərzində qeyd olunan faktla bağlı 78 hadisə qeydə alınıb. Bunlardan 58-i əsgər, 13-ü müqavilə əsasında xidmət edən qulluqçu, 7-si isə zabit-gizirdir. Hərbi hissə komandirlərinin göstərişi ilə hərbi qulluqçular hospital, ezamiyyət və digər bəhanələrlə hərbi hissənin yerləşdiyi ərazidən asılı olaraq 500-1000 ABŞ dolları verərək bir ay müddətinə evlərinə buraxılırlar.
Ermənistan ordusunda intizamsızlıq, özbaşınalıq, hərc-mərclik, əxlaqsızlıq və s. belə hallarla yanaşı, kriminogen vəziyyət də kulminasiya nöqtəsinə çatıb. Belə ki, 2009-cu il ərzində Ermənistan Silahlı Qüvvələrində 138 kriminogen hadisə qeydə alınıb ki, bu da ötən illə müqayisədə 24 hadisə artıqdır.
2009-cu ildə Ermənistan SQ-də şəxsi münaqişə zəminində bıçaqlama hadisəsi ilə bağlı 18 fakt qeydə alınıb ki, bunlardan da 7-si ölümlə, 11-i isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəticələnib.
2009-cu il ərzində Ermənistan SQ-nin hərbi qulluqçuları tərəfindən mülki əhaliyə qarşı bir çox cinayət hadisəsi törədilib. Belə ki, 12 hərbi qulluqçu barəsində mülki şəxslərin əmlakının oğurlanması, əhaliyə qarşı zor tətbiq etmə, zorlama, təcavüz və digər hallarla bağlı cinayət işi başlanıb.
Ermənistan ordusunda intizamsızlıq və özbaşınalıqla yanaşı, əxlaqsızlıq problemi də sürətlə yayılmaqdadır. Belə ki, Silahlı Qüvvələrdə şəxsi heyət arasında homoseksuallığa meylli hərbi qulluqçuların sayı 2008-ci ilin göstəriciləri ilə müqayisədə artıb. Hazırda orduda belə şəxslərin sayı 200-250 nəfər civarındadır ki, bunlardan da 12-si zabit-gizirdir. Ermənistan SQ rəhbərliyinin göstərişi ilə həmin zabit-gizir və əsgərlərin ordu sıralarından tərxis edilməsinə baxmayaraq, vəziyyəti qənaətbəxş olan hərbi qulluqçular həkim komissiyasının müvafiq rəyi əsasında xidmətini davam etdirmək üçün digər hərbi hissələrə göndərilir.
Hərbi hissələrdə məişət şəraiti çox ağır olduğundan homoseksuallığa meylli hərbi qulluqçular hərbi xidmətdən qurtulmaq üçün qəsdən bu yola əl atırlar. Əvvəllər bu cür hərbi qulluqçular ordu sıralarından dərhal tərxis edilirdisə, keçən ildən həmin şəxslər barəsində həkim komissiyası rəy verdikdən sonra müvafiq qərar qəbul edilir.
Qeyd etmək lazımdır ki, Ermənistan ordusunda kriminogen vəziyyət və əxlaqsızlıq halları ilə yanaşı, şəxsi heyət arasında narkotik maddə qəbul etmə halları da sürətlə yayılmaqdadır. 2009-cu ildə bu rəqəm artaraq 77-yə çatıb. Narkotik maddələrin hərbi hissələrə gətirilməsi və şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir. Narkotik maddələr, əsasən Azərbaycanın işğal edilmiş ərazilərindən gətirilir. Narkotik bitkilər işğal edilmiş rayonlarda, əsasən də hərbi hissələrin nəzarətində olan ərazilərdə yüksək vəzifəli zabit heyəti tərəfindən yetişdirilir.
Orduda qeyri-döyüş itkilərinin döyüş itkilərindən 3 dəfə çox olması erməni ictimaiyyətini xeyli narahat edir. Orduda baş verən neqativ halların hər il artması hakimiyyətdə olduğu kimi, orduda da “klanlaşma” siyasətinin mövcudluğu, korrupsiya, büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsi, eləcə də zabit-gizirlərin maddi və sosial vəziyyətinin aşağı olması səbəbindən baş verir.
Ermənistan SQ-də komandir və rəislər hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlıqlarına son dərəcə biganə yanaşır. Xüsusən müddətli həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçulara aşağı kalorili qida məhsullarının verilməsi, əsgərlərin antisanitariya şəraitdə xidmət aparması, kazarmaların bərbad vəziyyətdə olması səbəbindən xeyli sayda hərbi qulluqçu ciddi sağlamlıq problemləri ilə regional və mərkəzi hərbi hospitallara yerləşdirilib. Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi birləşmələrdə, əsasən donvurma, vərəm, pnevmoniya, dəri-zöhrəvi, müxtəlif infeksion xəstəliklər, sətəlcəm, mədə-bağırsaq və digər diaqnozlar çoxluq təşkil edir.

1037