Qəhvə ətirləri kontrastı sevən insanlar üçün nəzərdə tutulub.
Lent.az bu 5 aromalı ətirləri təqdim edir:
Qəhvə aromalı ətirlər gurman kateqoriyasına aiddir. Qəhvə vanil, tonka paxlası, ambra, tütün və müxtəlif ədviyyatlarla mükəmməl uyğunlaşır. Bu cür ətirlər dərinlik, istilik və şirinlik təqdim edir, eyni zamanda darıxdırıcı olmur. Qəhvə aroması qovrulmuş, bir qədər acımtıl və kremli çalarları ilə maqnit kimi cəlbedicidir. O, nə vanil kimi birbaşa, nə də sitruslar qədər geniş yayılıb. Parfümeriyada qəhvə bir növ ziddiyyət kimi çıxış edir: eyni anda həm sakitləşdirici, həm də ehtiraslı, həm rahat, həm də cəsarətlidir. Nəticə acı espresso, şirin latte, alkoqollu makkiato və ya ədviyyəli kapuçino formasında ola bilər.
YSL Black Opium Extreme
Bu ətirdə əsas rolu qəhvə oynayır. Onu şirin vanil və çiçək notları tamamlayır. Qəhvə ətirlərinin klassikası hesab olunur — tünd şokoladla örtülmüş espresso, intensiv, lakin eyni zamanda zərifdir.
Notlar: qara qəhvə, badam, çəhrayı istiot, ağ çiçəklər, vanil və sidr.
Montale Dallachaï
Bu ətir ərəb evlərində ənənəvi qəhvə süfrəsinin müasir yozumudur. Burada masala (çay latte) və tropik marakuya notları ilə zəngin lüks bir harmoniya yaradılıb.
Notlar: Hindistan kardamonu, mixək, zəfəran, marakuya, çay latte, ambra, müşk.
Replica Coffee Break
Lavanda və qəhvənin kremli notları sizi sanki təzə çiçəklərlə dolu bir kafedə südlü qəhvə içirmiş kimi hiss etdirir.
Notlar: istiot, qəhvə, lavanda, tonka paxlası, vanil, vetiver.
Lattafa Khamrah Qahwa
Bu, ədviyyəli qəhvənin zəngin və cazibədar aromasıdır. Darçın səpilmiş şirin kapuçinonu xatırladır və bu xüsusiyyəti onu soyuq aylarda gündəlik istifadə üçün ideal edir.
Notlar: qəhvə, darçın, pralin, vanil, xurma və kəhrəba.
Kilian Intoxicated
Bu ətir niş qəhvə ətirlərinin ən yaxşı nümunələrindən sayılır — dəbdəbəli, ədviyyəli və yadda qalandır. Açılışda ədviyyatlar, kardamon və muskat qozu hiss olunur, daha sonra isə tünd qəhvə ön plana çıxır.
Notlar: qəhvə, kardamon, darçın, muskat qozu və şəkər.