Həyat yoldaşlarına xəyanət edən kişilərin əksəriyyəti peşmanlıq hissi keçirmir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Cons Hopkins Universitetinin (ABŞ) müəllifləri gəlib.
Xəynətkarların əsl emosiyaları haqqında nəticələr tanışlıq saytının istifadəçiləri arasında keçirilən onlayn sorğu əsasında müəyyən edilib. Tədqiqatda təxminən 2000 nəfər iştirak edib: onlardan 1680-i birinci mərhələdə, 600-ü isə ikinci mərhələdə. Respondentlərin əksəriyyəti orta yaşlı kişilər olub.
Tədqiqatın aparıcı müəllifi, psixoloq Dilan Selterman, xəyanətə reaksiyanın cəmiyyətin onu necə qəbul etdiyindən fərqli olduğunu göstərdiyi üçün sorğudan sonrakı məlumatları təəccüblü adlandırıb. “Məşhur mediada, televiziya şoularında, filmlərdə və kitablarda münasibəti olan insanlar peşman olur və özlərini çox günahkar hiss edirlər. Ancaq iştirakçı nümunəmizdə bunu görmədik", - psixoloq bildirib.
Selterman qeyd edib ki, respondentlərin əksəriyyəti aldatmanın onlara seksual və emosional məmnunluq gətirdiyini və etdiklərinə görə peşman olmadıqlarını bildirib. Eyni zamanda, bir çoxları həyat yoldaşlarını sevdiklərini və ümumiyyətlə münasibətdən məmnun olduqlarını etiraf ediblər.
Psixoloq izah edib ki, əksəriyyət cinsi narazılıq, müstəqillik və müxtəliflik arzusu səbəbindən aldatmağa qərar verib. İnsanların aldatmaq üçün müxtəlif motivləri var. Bəzən münasibətləri olduqca yaxşı olsa belə, aldadırlar.
Selterman belə nəticəyə gəlib ki, bir çox insanlar bir tərəfdaşa uzun müddət sadiq qalmaqda çətinlik çəkirlər. O vurğulayıb ki, çıxarılan nəticələr bütün evliliklərin uğursuzluğa məhkum olması demək deyil, onun fikrincə, xəyanətə münasibətin normal bir hissəsi kimi baxmaq lazımdır.