“WikiLeaks”in qurucusu Julian Assancın nişanlısı Stella Morris, cütlüyün həbsxanada evlənməyi planlaşdırdıqlarını söyləyib.
“2016-cı ildə nişanlandığımız üçün həbsxanada evlənməyi düşünürük”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Morris söyləyib.
Qadın həbsxanada evlənməyi bacarsalar, Assansın sərbəst buraxılmasından sonra toyu ailə və dostlarının əhatəsində qeyd edəcəklərini də vurğulayıb.
“Bunu Belmarş həbsxanasının keşişləri ilə müzakirə etdik. Belmarşda xidmət etdikləri müddətdə, yəni 12 ildir toy olmadıqlarını söylədilər”, - Morris bu səbəbdən toyun konkret tarixini açıqlamayıb.