Toydan 12 gün sonra arvadının kişi olduğunu  bildi - ŞOK OLAY
09 may 2024 10:18 (UTC +04:00)

Toydan 12 gün sonra arvadının kişi olduğunu bildi - ŞOK OLAY

İndoneziyada bəy toydan 12 gün sonra arvadının kişi olduğunu bilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 26 yaşlı kişi “arvadıyla” bir il görüşüb, ancaq onun əslində kişi olduğunu bal ayı zamanı bilib. Arvadı onunla yatmaqdan imtina etdikdən sonra indoneziyalının şübhələri başlayıb. Aldatma üzə çıxanda bəy polisə müraciət edib.

“Onların toy fotolarına baxsanız, “gəlin” əsl qadına bənzəyir. Onun da yumşaq səsi və tonu var, ona görə də heç bir şübhə yox idi”, - deyə məmurlar şərh ediblər.

Özünü qadın kimi təqdim edən şəxs həbs edilib. Aldadılan bəyin ailəsi hələ də baş verənlərə inanmır və mövcud vəziyyəti şərh etməkdən imtina edir.

# 4506
avatar

Oxşar yazılar