Kriştianu Ronaldonun sevgilisi model Corcina Rodriqes pnevmoniyasının ağırlaşması səbəbindən təcili xəstəxanaya yerləşdirilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 30 yaşlı model 4 gün xəstəxanada həkim nəzarəti altında qalıb. Pərəstişkarları ilə əlaqə saxlayaraq, qadın əmin edib ki, indi özünü daha yaxşı hiss edir və tədricən evdə ailəsi ilə birlikdə sağalır.
"Nəhayət, evdəyəm! Pnevmoniya ilə xəstəxanada dörd gün yatdım, indi özümü daha yaxşı hiss edirəm, amma hələ də evdə ailəmlə birlikdə bərpa olunuram. Bütün işçilərə, həkimlərə, və tibb bacılarına böyük təşəkkür etmək istəyirəm. Xəstəxanadakı hər kəsə...
Onlar mənimlə çox qayğıkeş davranırdılar və mən buna görə onlara çox minnətdaram, belə gözəl qaldığınız üçün hamınıza təşəkkür edirəm”, - Corcina “Instagram”da yazıb.