17-ci Çağdaş İstanbulun açılış gecəsinə qatılan aktyor Ekin Mert Daymaz sevgilisi ilə öpüşərkən paparazzilərə yaxalanıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kameraları görən aktyor təəccüblənib.
“Bayaq bizim poza verməyimizi istədiniz. Biz də icazə verdik çəkdiniz. İndi niyə xəbərsiz çəkiliş aparırsınız. Şükürlər olsun ki, öpüşdüyüm qız sevgilimdir!” deyə Daymaz müxbirlərə əsəbiləşib.
Qeyd edək ki, 31 yaşlı aktyor sonuncu dəfə “Seni kalbime sakladım” serialında rol alıb.