Dünyanın ən varlı adamı İlon Mask və ailəsi yenə şəxsi həyatları ilə gündəmdədir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarderin atası Errol Maskın özündən 41 yaş kiçik ögey qızından övladı dünyaya gəlib.
Belə ki, Errol Mask və Heide Bezuidenhout 1979-cu ildə evlənib və 14 il evli qaldıqdan sonra boşanıblar. Bu evlilik zamanı onların 2 övladı dünyaya gəlib. Ancaq onların hər ikisinin daha əvvəlki nikahlarından da uşaqları var idi. Bu uşaqlar İlon Mask və Ceyn Bezuidenhoutdur.
Errol həyat yoldaşından boşansa da ögey qızı Ceyn ilə görüşməyə davam edib. Bundan sonra 2018-ci ildə onların bir övladı dünyaya gəlib.
Bu yaxınlarda isə onların ikinci dəfə uşaqları olduğu ortaya çıxıb.
Errol Mask bununla bağlı açıqlamasında deyib:
“Bu dünyada istehsal etmək ən vacib şeylərdən biridir. Uşaq dünyaya gətirmək də istehsalın növlərindən biridir. Dünyaya daha çox uşaq gətirməliyik”.
Qeyd edək ki, İlon Mask da doğum nəticələrinin azalmasından narahat olduğunu və hər kəsin daha çox uşağa sahib olmasının vacibliyindən danışıb.