Evli bir cütlük, surroqot ananın köməyi ilə bir ildə 20 uşaq dünyaya gətirib və 16 dayə üçün 67 min funt sterlinq xərcləyib.
Əslən Rusiyadan olan 23 yaşlı Kristina Öztürk, 57 yaşındakı milyonçu əri Qalip Öztürklə Gürcüstanda tanış olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, sevgililər böyük bir ailənin xəyalını bölüşüblər və surroqot ana vasitəsilə uşaqlarının olmasına qərar veriblər.
Beləliklə, 2020-ci ildə Kristina və Qalipin Mustafa adlı bir oğlu olub.
Bu, cütlüyün ilk övladı deyildi: Kristinanın əvvəlki münasibətindən artıq altı yaşlı bir qızı var. Qalip də öz növbəsində evli olub, onun birinci həyat yoldaşı Hülya Oztürkdən Türkiyədə 9 uşağı qalıb.
Mustafa dünyaya gəldikdən sonra Kristina və Qalip yenidən övlad sahibi olmaq istədiklərini başa düşüblər. İş adamı surroqat analara 138 min funt sterlinq ödəyib və ailədə uşaq sayı 20 nəfər də artıb. Onlar hazırda 4 aylıqdan 14 aylığa qədərdirlər.
İmkanlı cütlüyün 16 dayə köməkçisi var; çoxuşaqlı valideynlər xidmətlərinə görə onlara ildə 67,7 min funt sterlinq xərcləyirlər.
Kristina gələcəkdə ailəyə yeni bir əlavə olacağını da istisna etmir. Qadın, surroqatlıq yolu ilə doğum etməyi planlaşdırmadığını, ancaq əri ilə təbii yolla münasibət nəticəsinndə yenə uşağının olacağını etiraf edib.