Birol Akgün
13 yanvar 2025 18:46 (UTC +04:00)

Birol Akgün

Birol Akgün kimdir? - Manisadan Bakıya...

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lent.az Birol Akgünün qısa biqrafiyasını təqdim edir:

- Birol Akgün kimdir?

- Birol Akgün siyasi elmlər üzrə alim, professor, akademik, tədqiqatçı yazıçı, Vətəndaş Cəmiyyəti Təşkilatı (VCT) rəhbəri, Maarif Vəqfinin prezidentidir. 

- Birol Akgün nə zaman və harada anadan olub?

- Birol Akgün 25 mart 1968-ci ildə Manisa şəhərində anadan olub. 

- Birol Akgün hansı təhsili alıb?

- Birol Akgün ilk, orta və ali təhsilini öz şəhərində tamamladıqdan sonra Ankara Universiteti, Siyasi Elmlər Fakültəsinin Dövlət İdarəetməsi ixtisasını (1993) bitirib. 1994-cü ildə Türkiyə Təhsil Nazirliyi tərəfindən rəsmi təqaüdlü olaraq ABŞ-yə magistr təhsili almaq üçün göndərilib. Burada Case Western Reserve Universitetinin Siyasi Elmlər ixtisasında magistr (1996) və Doktorluq dərəcəsini (2000) alıb. Qayıtdıqdan sonra Selçuk Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasında fəaliyyətə başlayıb. Akgün, 2001-ci ildə dosent köməkçisi, 2004-cü ildə dosent və 2009-cu ildə professor dərəcələrini qazanıb. 

- Birol Akgünün məqalələri hansı jurnallarda dərc edilib?

- Birol Akgünün məqalələri beynəlxalq elmi jurnallarda, həmçinin Liberal Düşüncə, National Geographic-Türkiyə, 2023, Tezkire, SÜ İİBF Sosial və İqtisadi Araşdırmalar, Strateji Təhlil, Konya Ticarət Birjası jurnallarında dərc olunmuşdur; tərcümələri isə SÜ Hüquq Fakültəsi və İzmir Barosu jurnallarında yayımlanıb. O, Türklər Ensiklopediyası üçün maddə yazıb. 

- Birol Akgün hansı mükafatları qazanıb?

- Birol Akgün, 2003-cü ildə "11 Sentyabr, Dəyişən Dünya Tarazlıqları və Türkiyə" mövzusunda apardığı tədqiqatla "Milliyet Qəzeti 2002 Sosial Elmlər Birincilik Mükafatı"nı qazanıb. 

- Birol Akgün evlidir? 

- Bəli, Birol Akgün evlidir və iki uşaq atasıdır. 

- Birol Akgün hansı əsərlərin müəllifidir? 

- Birol Akgün aşağıdakı əsərlərin müəllifidir:

-  21. Yüzyılın Eşiğinde Türk Dış Politikası (2001)
-  Türkiye’de Seçmen Davranışı - Partiler Sistemi ve Siyasal Güven (2002)
-  Küresel Sistemde Siyaset Yönetim ve Ekonomi (2002)
-  Modern Türkiye’de Siyasi Düşünce: Milliyetçilik (2002)
-  Terörün Görüntüleri, Görüntülerin Terörü (2004)
-  Modern Türkiye’de Siyasi Düşünce: İslamcılık (2004)
-  11 Eylül Sonrasında Dünya, ABD ve Türkiye (2006)
-  Cumhuriyetten İmparatorluğa – Amerikan Başkanlığı (Şaban Tanıyıcı ilə, 2008)
-  Uluslararası Örgütler ve Türkiye (Şaban H.Çalış və Önder Kutlu ilə, 2006)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Rəhman Mirzəlizadə

Oxşar yazılar